Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb
# 24 yanvar 2020 12:44 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 23-də saat 19 .00radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR