Bakıda qəza olub, ölən var

Bakıda qəza olub, ölən var
# 03 yanvar 2020 12:11 (UTC +04:00)

Bakıda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H. Əliyev prospektində Gədəbəy rayon sakini R. Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR