Bakının Binəqədi rayonunda avtomobil piyadanı vurub

Bakının Binəqədi rayonunda avtomobil piyadanı vurub
  • Clock-gray 00:51
  • calendar-gray 27 Noyabr 2019

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsində baş verib.

Avtomobil 1988-ci il təvəllüdlü Salamov Tural Aslan oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date