Beyləqanda avtomobil yol ayrıcına çırpılıb, ölən var

Beyləqanda avtomobil yol ayrıcına çırpılıb, ölən var
# 29 yanvar 2021 10:30 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, yanvarın 28-də saat 19 radələrində Beyləqan rayonunun Bolsulu qəsəbəsi ərazisində Göyçay rayon sakini N.İsmayıllı idarə etdiyi “VAZ-21011” markalı avtomobili yol ayırıcısına vurub və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR