Cəlilabadda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Cəlilabadda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
# 11 sentyabr 2020 00:14 (UTC +04:00)

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub.

APA-nın Fövqəlada Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın saat 17:20 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.

***

10 sentyabr, saat 14:39

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Fövqəlada Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR