Daşkəsəndə 4 gün əvvəl qətl törədən keçmiş məhkum tutulub

Daşkəsəndə 4 gün əvvəl qətl törədən keçmiş məhkum tutulub
# 25 dekabr 2019 12:53 (UTC +04:00)

Daşkəsəndə 4 gün əvvəl baş vermiş cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 21-də Daşkəsən rayonunun Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR