Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi: "Yanğın 900-1000 kv. metr ərazini əhatə edib"

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi: "Yanğın 900-1000 kv. metr ərazini əhatə edib"
# 18 fevral 2020 09:59 (UTC +04:00)

"Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub".

APA-nın məlumatına görə, bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib.

O deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: "İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR