Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

Gəncədə 24 yaşlı gənc bıçaqlanıb
# 05 dekabr 2020 10:17 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Qasımov Sərxan Aqil oğlu qarının kəsilmiş-deşilmış bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, zərərçəkəni dindirmək mümkün olmayıb.

Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR