Gəncədə bir ay əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum olub

Gəncədə bir ay əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum olub
# 18 mart 2021 18:48 (UTC +04:00)

Gəncədə zibil qutusundan qadın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, araşdırmalarla meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki hadisəni törədən şəxs qızın sevgilisi olub.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR