Göyçayda kafe yanıb

Göyçayda kafe yanıb
# 18 noyabr 2020 09:12 (UTC +04:00)

Göyçay rayonunda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 7:00 radələrində Qaraməryəm-İsmayıllı yolunun kənarındakı "Kəpənək" adlı kafedə qeydə alınıb. Sahibkar, 1991-ci il təvəllüdlü Əhmədov Əhməd Teymur oğluna məxsus ümumi sahəsi 140 kvadratmetr sahəsi olan kafedə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Kafenin ümumilikdə 30 kvadratmetrlik hissəsi yanıb, qalanı alovdan mühafizə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR