Göyçayda yaşayış evi yanıb

Göyçayda yaşayış evi yanıb
# 15 yanvar 2021 14:42 (UTC +04:00)

Göyçay rayonunda yanğın hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Muştaqov Abbas Bəybala oğluna məxsus ümumi sahəsi 160 kvadratmetr olan 5 otaqlı fərdi yaşayış evində və talvarda baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı evin 2 otağı və mətbəxin yanar konstruksiyaları, dam örtüyü, içəridəki əşyalar və talvar yanıb.

Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR