Hacıqabulda qəzada motosiklet sürücüsü ağır xəsarət alıb

Hacıqabulda qəzada motosiklet sürücüsü ağır xəsarət alıb
# 13 oktyabr 2020 10:05 (UTC +04:00)

Hacıqabulda baş verən qəzada motosiklet sürücüsü ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 1961-ci il təvəllüdlü Əsədov Pərviz Yadulla oğlu idarə etdiyi motosikletlə dönmə əməliyyatı etmək istəyərkən avtomobil tərəfindən vurulub.

Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması və digər xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR