Lənkəranda 48 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 48 yaşlı kişi bıçaqlanıb
# 06 aprel 2020 11:53 (UTC +04:00)

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü İman Hüseyn oğlu Əliyev bıçaqlanıb. O, qarnın sağ tərəfinin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata alınıb.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR