Mingəçevirdə kişi özünü Kürə atıb - YENİLƏNİB

Mingəçevirdə kişi özünü Kürə atıb - YENİLƏNİB
  • Clock-gray 15:07
  • calendar-gray 22 Mart 2021

Bu gün Mingəçevir şəhərində özünü Kür çayına atan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub.

Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov sudan çıxarılıb.

***

14.48

Mingəçevirdə intihara cəhd olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, kimliyi hələlik dəqiqləşdirilməmiş şəxs özünü Kür çayı üzərindəki körpüdən çaya atıb.

Yaxınlıqdakı qayıqçı batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil verib.

O, xəstəxanaya yerləşdirilib.

Ehtiram Muradov

Digər xəbərlər