Mingəçevirdə yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadının adı bəlli olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.
Qeyd edək ki, o, kəlbəcərli, 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlunu döş qəfəsindən bıçaqlamaqda şübhəli bilinir.
Saat 10:48
Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.
Mübahisə zamanı 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.