Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib
# 02 fevral 2021 08:29 (UTC +04:00)

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs 19 gün sonra xəstəxanada ölüb

APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini İdrisov Ülvi Kamran oğlu yanvar ayının 12-də yol qəzasında ağır xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ülvi İdrisov gecə saatlarında xəstəxanada keçinib.

Qeyd edək ki, yanvarın 12-də Naxçıvan küçəsində “Opel” markalı maşının idarəetmədən çıxaraq aşması nəticəsində ikisi ağır olmaqla, 3 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR