Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayəti təmin edilməyib

Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayəti təmin edilməyib
# 17 dekabr 2019 11:35 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Xətai Rayon Məhkəməsinin qərarına əsasən, N.Şahmarzadə 400 saat ictimai işlərə məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR