Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ölüb

Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ölüb
# 21 fevral 2020 13:04 (UTC +04:00)

Naxçıvanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR