Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb
  • Clock-gray 09:57
  • calendar-gray 06 Noyabr 2020

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 120.1; 228.4; 66.3; 67.1; 170.3; 180.2.1; 181.2.1; 181.2.2; 181.2.5; 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Famil İsmayıl oğluna tanışı, Bakı şəhər sakini Həsənov Elşən Məmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yumutanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,450 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 0,615 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər