Qaxda azyaşlı dərmandan zəhərlənib

Qaxda azyaşlı dərmandan zəhərlənib
# 27 yanvar 2020 20:53 (UTC +04:00)

Qax rayonunda 4 yaşlı uşaq valideyn nəzarətindən yayınaraq dərman preparatları qəbul edib və zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 17:00 radələrində rayonun Cəlayir kənd sakini, 2016-cı il təvəllüdlü Bəhruz Əvəz oğlu İbrahimli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı B.İbrahimlinin yaşadığı ünvanda dərman həbləri qəbul edərək zəhərləndiyi məlum olub. B. brahimlinin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Uşağın vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR