Qaxda minik avtomobili mikroavtobusla toqquşub, ölən var - FOTO

Qaxda minik avtomobili mikroavtobusla toqquşub, ölən var - FOTO
# 29 yanvar 2020 17:14 (UTC +04:00)

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb. Rayonun Əmbərçay kənd sakininin idarə etdiyi “VAZ” markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən mikroavtobusla toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov aldığı xəsarətdən hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlərdən bir neçə nəfər yüngül xəsarət alıb.

Onlara yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR