Qəbələdə ev yanıb - YENİLƏNİB - FOTO

Qəbələdə ev yanıb - YENİLƏNİB - FOTO
# 15 fevral 2020 14:12 (UTC +04:00)

Qəbələ rayonunda yanıq xəsarətləri və tüstüdən zəhərlənmə ilə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 3:00 radələrində rayonun Soltannuxa kəndində qeydə alınıb.

Ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Ailə üzvləri yatmış olduğu üçün hadisədən gec xəbər tutub, yanğın barədə onlara qonşular məlumat verib. Yanğın zamanı evin 22 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə edilib.

Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

***

08:54

Qəbələdə yanğın baş verib, hadisə zamanı xəsarət alan olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Soltannuxa kəndində qeydə alınmış yanğın zamanı ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR