Saatlıda qatar minik avtomobili ilə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB-2 - FOTO

Saatlıda qatar minik avtomobili ilə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB-2 - FOTO
# 04 dekabr 2019 12:19 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

Saat 11:20

Saatlıda qatarla avtomobilin toqquşması nəticəsində ölən şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib.

***

Saat 10:30

Saatlıda qatarın minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bununla da ölənlərin sayı iki nəfərə çatıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 09:58

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR