Sabirabadda karantin rejimini pozan çayxana aşkarlanıb, 20 nəfər cərimələnib

Sabirabadda karantin rejimini pozan çayxana aşkarlanıb, 20 nəfər cərimələnib
  • Clock-gray 12:29
  • calendar-gray 14 Yanvar 2021

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Şıx Salahlı kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib. Çayxananın sahibi və orada olanlardan 19 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Nurlan Əli

Digər xəbərlər