Samux sakinini Gəncədə avtomobil vurub

Samux sakinini Gəncədə avtomobil vurub
# 12 fevral 2021 00:05 (UTC +04:00)

Gəncədə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Samux rayonunun Sərkar kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Rza yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ora-ağır olduğh bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR