Şirvanda kişinin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Şirvanda kişinin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb
  • Clock-gray 09:20
  • calendar-gray 27 Fevral 2020

Şirvanda baş verən qətllə bağlı cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.

Şirvan şəhərində məskunlaşan əvvəllər məhkum olunmuş Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında əvvəl boğub və daha sonra isə  həyat yoldaşının boğazı damarını kəsərək qətlə yetirib. 

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date