Şəmkir sakini özünə məxsus avtomobildə ölüb

Şəmkir sakini özünə məxsus avtomobildə ölüb
# 15 fevral 2021 18:50 (UTC +04:00)

Şəmkir sakini Ucarda müəmmalı şəkildə ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Bərgüşad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir sakininin (ad və soyadı hələlik dəqiqləşməyib) meyiti özünə məxsus "Mercedes" markalı minik avtomobilində aşkar edilib. Sürücünün ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR