Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
# 13 aprel 2021 07:26 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aşağı Şamlıq kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 12 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR