Ucarda avtomobil aşıb, ölən və yaralananlar var

Ucarda avtomobil aşıb, ölən və yaralananlar var
# 01 fevral 2021 13:35 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Pirkənd kəndi ərazisində Daşkəsən rayon sakini T.Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olan R.Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR