Ucarda ikimərtəbəli ev yanıb

Ucarda ikimərtəbəli ev yanıb
# 27 fevral 2020 10:23 (UTC +04:00)

Ucarda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 1940-cı il təvəllüdlü Xoşqədəm Ziyad qızı Məmmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 400 kvadratmetrlik olan fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın zamanı ev tamamilə yanıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR