Vaqif Əsədov: "Saat 12:00-da sükut olacaq, bütün avtomobillər yollarda 1 dəqiqəlik dayanacaq"

Vaqif Əsədov: "Saat 12:00-da sükut olacaq, bütün avtomobillər yollarda 1 dəqiqəlik dayanacaq"
# 20 yanvar 2021 10:34 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

APA-nın məlumatına görə, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR