Xırdalanda 10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb

Xırdalanda 10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
# 25 fevral 2020 19:16 (UTC +04:00)

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.

İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.

Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR