Yarım milyonluq dələduzluqda ittiham olunan iş adamanın işi ekspertizaya göndərilib

Yarım milyonluq dələduzluqda ittiham olunan iş adamanın işi ekspertizaya göndərilib
# 07 fevral 2020 09:37 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Tapdıq Namazovun barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə işin ekspertizaya göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bu səbəbdən məhkəmə qeyri-müəyyən günə qədər təxirə salınıb.

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

T.Namazov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR