Zərdabda kişi arvadını boğaraq öldürüb

Zərdabda kişi arvadını boğaraq öldürüb
# 01 mart 2021 13:46 (UTC +04:00)

Zərdabda kişi arvadını qətlə yetirib.

APA xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR