Bank Of Baku

Abşeronda intihara cəhdin qarşısı alınıb

Abşeronda intihara cəhdin qarşısı alınıb
# 17 mart 2022 09:39 (UTC +04:00)

Abşeronda bir nəfər intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR