Paşha Bank
Bank Of Baku

"Lockheed Martin" Ukrayna üçün "Patriot" raketlərinin Avropada istehsalını nəzərdən keçirir

"Lockheed Martin" Ukrayna üçün "Patriot" raketlərinin Avropada istehsalını nəzərdən keçirir
# 14 oktyabr 2026 06:24 (UTC +04:00)

ABŞ-ın “Lockheed Martin” müdafiə sənayesi şirkəti Ukraynaya tədarük məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin Avropada istehsalı imkanlarını araşdırır.

Bu barədə şirkətin vitse-prezidenti Ceyson Reynolds “Defense News” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət PAC-3 raketlərinin istehsalı məsələsini Ukrayna ilə müzakirə etməyə hazırdır.

“Əsas məsələ döyüş əməliyyatları zonasında fəaliyyət göstərə biləcək zavodun inşa edilməsinin mümkün olub-olmamasıdır”, – Reynolds qeyd edib.

O bildirib ki, raketlərin əvvəlcə digər Avropa ölkələrində istehsal edilərək Ukraynaya göndərilməsi variantı nəzərdən keçirilir.

Şirkət rəsmisi Kiyevə PAC-3 MSE raketlərindən daha ucuz olan PAC-3 ACE raketlərinin tədarükünü də istisna etməyib.

Reynoldsun sözlərinə görə, bir sıra ölkələr PAC-3 ACE raketlərinin istehsalında maraqlıdır.

“Əvvəlcə təchizat zəncirini qurmaq, daha sonra isə istehsalı Ukraynaya köçürmək mümkün olarsa, bu, məqsədəuyğun addım olardı”, – o vurğulayıb.

Nəşr qeyd edib ki, Almaniya da PAC-3 raketlərinin öz ərazisində istehsalını təklif edən ölkələr sırasındadır.

“Lockheed Martin” bu istiqamətdə Almaniyanın “Diehl Defence” müdafiə sənayesi şirkəti ilə əməkdaşlıq edə bilər. Almaniya şirkətinin nümayəndəsi də məsələ ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR