Aeroport yolunda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Aeroport yolunda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 12 may 2023 15:34 (UTC +04:00)

TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.

Qurumdan APA-ya verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

14.18

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Yolda "Hyundai" və "Toyota Prius" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Aləmdə Nəsib

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR