Ağcabədidə qanunsuz ov edənlər saxlanılıb

Ağcabədidə qanunsuz ov edənlər saxlanılıb
# 15 noyabr 2022 10:33 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR