Ağdamda buldozer minaya düşüb

Ağdamda buldozer minaya düşüb
# 27 mart 2022 18:47 (UTC +04:00)

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR