Ağdaşda 17 yaşlı oğlan kanalda batıb - FOTO - YENİLƏNİB

Ağdaşda 17 yaşlı oğlan kanalda batıb  - FOTO  - YENİLƏNİB
# 09 iyun 2023 21:48 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

18.08

Bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib. Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.

***

16.50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR