Anasını öldürməyə cəhddə təqsirləndirilən şəxsin ibtidai istintaqı baş çatıb

Anasını öldürməyə cəhddə təqsirləndirilən şəxsin ibtidai istintaqı baş çatıb
# 11 iyul 2019 18:13 (UTC +04:00)

Bakıda anasını öldürməyə cəhddə təqsirləndirilən Vaqif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə. V. Rüstəmov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Binəqədi rayonunun Xocasən qəsəbəsində ruhi əsəb xəstəsi olan 1998-ci il təvəllüdlü Rüstəmov Vaqif Elşən oğlu yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Əliyeva Sevinc Vaqif qızı ilə mübahisə edib. Mübahisə zamanı V.Rüstəmov S.Əliyevanı bıçaqlayıb.

Qadın Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

V. Rüstəmov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR