Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB

Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatları məlum olub - YENİLƏNİB
# 05 yanvar 2023 21:36 (UTC +04:00)

Astarada baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 22 yaşlı Mirisaq Mirtalıbovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Döyüşlər zamanı onun yaralandığı və barotravma (kantuja) aldığı deyilir.

Onun xəstəliyini bilən qız tərəfi nişanı bir neçə dəfə qaytarmaq istəyib.

Gənc oğlan axşam saatlarında qızın valideyinlərinin evdə olmadığından istifadə edərək onlara gedib.

Aralarında yaranan mübahisə nəticəsində əvvəlcə nişanlısını döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Xəsarət alan Səbinə Qənbərova xəstəxanada əməliyyat olunur.

***

Saat 19:29

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyərək bıçaqlayıb.

Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR