Astarada ev yanıb.
APA-nın cənub bürosunun xəbərinə görə, dünən axşam saat 8 radələrində rayonun Şuvi kənd sakini, 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr olan evdə yanğın olub. 9 otaqlı ev içindəki əşyalarla birgə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, evi yanan şəxs məşhur falçı, mərhum Məmmədsəfa Məmmədovun oğludur.
***
09.41
Astarada ikimərtəbəli evdə yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tural Kərimov
Səlcuq Elçin