Azərbaycanda iqtisadçı alim vəfat edib

Azərbaycanda iqtisadçı alim vəfat edib
# 11 iyul 2022 20:40 (UTC +04:00)

Azərbaycan elminə ağır itki üz verib.

APA xəbər verir ki, professor, AMEA-nın müxbir üzvü və görkəmli iqtisadçı Akif Musayev bu gün vəfat edib.

Qeyd edək ki, Akif Musayev 1947-ci il 18 iyulunda Füzuli rayonunda anadan olub.

O, 2007 – 2011-ci illərdə Azərbaycan Universitetinin Rektoru, 2011-2013 -cü illərdə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2016 -cı illərdə Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, 2016- cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri vəzifələrində işləyib.

Eyni zamanda alim, AMEA-nın İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Görkəmli iqtisadçı həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupunun və məcburi köçkün əhalisinin Qarabağa məskunlaşdırılması ilə bağlı aparılan tədqiqat işinin yerinə yetirilməsi ilə bağlı ADA Universitetinin nəzdində yaradılmış qrupun üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR