Bakı sakininin avtomobili oğurlanıb - FOTO

Bakı sakininin avtomobili oğurlanıb - FOTO
  • Clock-gray 23:52
  • calendar-gray 23 Avqust 2019

 

Bakının Nəsimi rayonunda avtomobil oğurlanması faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Alı Mustafayev küçəsi, 17 saylı binanın qarşısında baş verib.

Belə ki, paytaxt sakini, 1987-ci il təvəllüdlü Əliyev Bəhruz Əliağa oğlu ona məxsus olan 90-CB-171 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilini gecə saatlarında yaşadığı həmin binanın qarşısında saxlayıb. Bundan sonra avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.

Avtomobilin oğurlanmasından səhər xəbər tutub. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polis orqanlarına müraciət edib. 

Əraziyə baxış keçirən polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date