Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə şosenin Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil eyni istiqamətdə gedən "Opel" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Opel" də olan sərnişin - 1998-ci il təvəllüdlü Tarverdiyev Qhir Nazir oğlu ağır xəsarət alaraq, xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.