Bakıda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıb - FOTO - VİDEO

Bakıda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıb - FOTO - VİDEO
# 21 noyabr 2019 02:48 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn və 1985-ci il təvəllüdlü Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Avtoqəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR