Bakıda 2 qadın yol qəzasında xəsarət alıb

Bakıda 2 qadın yol qəzasında xəsarət alıb
# 21 aprel 2022 04:43 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zirə qəsəbəsi ərazisində baş verib.

Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1995-ci il təvəllüdlü Fərzəliyeva Fatimə Arzuman qızı və 1979-cu il təvəllüdlü Səmədova Ülviyyə Məhəmməd qızını minik avtomobili vurub. Hər iki qadın ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR