Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 17 may 2023 00:11 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.

“BMW” markalı avtomobilin sürücüsü kəsişmədən keçərkən “Lexus” markalı maşın onun nəqliyyat vasitəsinə çırpılıb. Bundan başqa “Lexus” eyni istiqamətdə olan “Kia” markalı maşına da çırpılıb. “Lexus” markalı maşının sürücüsü avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb.

“Kia” və “BMW” markalı maşınlara ciddi ziyan dəyib. “Kia”da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR