Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 03 fevral 2023 02:42 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası xamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çəxan maşın eyni istiqamətdə olan “Toyota”-ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai”-a və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR